EN

Tramp: Avropa Çinə iqtisadi təzyiq etsə, Rusiya Ukrayna müharibəsi bitə bilər

ain.az, Banco.az saytına istinadən bildirir.

Böyük Britaniyaya səfərinin son günündə Fox News-a müsahibə verən Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.

Banco.az xəbər verir ki,ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin Çinə iqtisadi təzyiq göstərməsi halında Rusiya-Ukrayna müharibəsinin bitməsi ehtimalının olduğunu bəyan edib.

Çinin Rusiyadan ən çox neft idxal edən ölkə olduğuna diqqət çəkən Tramp, Avropanın Çinə sanksiya və ya tariflər tətbiq edəcəyi təqdirdə müharibənin bəlkə də bitə biləcəyini deyib.

Tramp həmçinin Avropa ölkələrini Rusiyadan neft almağı dayandırmağa çağırışını təkrarlayaraq  əgər siz qazanmaq istəyirsinizsə, Rusiyadan neft almağı dayandırmalısınız deyib.

Rusiyanın sentyabrın 10-da hərbi pilotsuz uçuş aparatları (PUA) ilə NATO üzvü Polşanın hava məkanını pozmasının “səhv” olub-olmaması ilə bağlı şərh verməyəcəyini bildirən Tramp, bu hadisənin baş verməməli olduğunu vurğulayıb.

Tramp avqust ayında Hindistana tətbiq etmək qərarına gəldiyi əlavə vergilərə əsas kimi Yeni Dehlinin Rusiyadan neft almasını da göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
2
banco.az

4Sources