EN

BDYPİ sürücülərə çağırış edir: texniki nasaz avtomobillə yola çıxmayın

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki,nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır. Bubaxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən dətəkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.

Trendxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsininsürücülərə çağırışında qeyd edilib.

Bildirilib ki, təkərlərin protektor dərinliyinin normadan azolması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasınzəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyatvasitəsinin idarəetmədən çıxmasına səbəb olur.

"Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskinidəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərəkbildirir ki, texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş vəyararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir. Hər bir sürücüavtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli,təhlükəsizliyi təmin etmək üçün vaxtında tədbir görməlidir",- deyəəlavə edilib.

Məqalədə:
Chosen
33
42
az.trend.az

10Sources