EN

Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb

LƏNKƏRAN, 19 sentyabr. TELEQRAF

Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, rayonun Şovu kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil məktəbə gedən şagirdlər – 2017-ci il təvəllüdlü Gülay Əlizadə və 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Bacı-qardaş ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, qəza törədən avtomobil idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
7
20
teleqraf.com

10Sources