EN

Bu küçədən sola bu cür dönən sürücülərin diqqətinə: CƏRİMƏ OLUNACAQSINIZ VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda yol nişanlanma xəttinin tələbini pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 28-də, paytaxtın Məhəmməd Füzuli küçəsində qeydə alınıb. Belə ki, 77-VP-687 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü düzünə hərəkət təşkil edilmiş zolaqdan sola dönərək qaydaları pozub.

Qeyd edək ki, sözügedən kəsişmədə sola dönmə yalnız sol zolaqda təşkil edilib. Digər zolaqlardan sola dönmək qadağandır. Çox təəssüf ki, bu yolayrıcında əksər sürücülər nişanlanma xəttinin tələbini pozaraq təhlükə yaradırlar.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
avtosfer.az

1Sources