EN

Tramp Konqresdəki respublikaçılara çağırış etdi: Bu layihəyə “hə” deyin

ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasındakı Respublikaçı çoxluğu hökumətin oktyabrın 1-dən etibarən bağlanmasının qarşısını almaq üçün müvəqqəti maliyyələşdirmə layihəsinə səs verməyə çağırıb. Musavat.com xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında paylaşım edib: "Təmiz müvəqqəti maliyyələşdirmə qanun layihəsini qəbul etmək üçün palata respublikaçıları çox vacib səsvermə keçirirlər. Respublikaçılar hökuməti işlək vəziyyətdə saxlamaq istəyirlər. Nümayəndələr Palatasının bütün Respublikaçıları birləşməli və "hə" səsini verməlidir".

Nümayəndələr Palatasının respublikaçıları, Demokrat liderlərin və bir neçə partiya üzvünün cüzi səs çoxluğuna və müqavimətinə baxmayaraq, noyabrın 21-dək müvəqqəti maliyyələşdirməni nəzərdə tutan qanun layihəsini bu gün qəbul edib təsdiq üçün Senata göndərməyə ümid edirlər.

Nümayəndələr Palatasının spikeri Mayk Conson Fox News telekanalında deyib: "İnanıram ki, bunu etmək üçün səslərimiz var. Biz düzgün olanı edəcəyik və hökuməti işlədəcəyik".

Hazırda martda qəbul edilmiş hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanunun müddəti sentyabrın 30-da başa çatır. Bu müddət uzadılmazsa, hökumətin fəaliyyətinin böyük ölçüdə dayanması baş verəcək.

Musavat.com

 

 

Chosen
6
1
musavat.com

2Sources