EN

“Doctor Strange” Fələstinlə bağlı şeir oxudu Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyaşöhrətli “Hollivud” aktyoru Benedikt Kamberbetç “Fələstin üçün birlikdə” adlı tədbirdə fələstinli şair Mahmud Dərvişin şeirini səsləndirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, “Bu torpaqda yaşamaq üçün səbəblər var” şeirini ingiliscə deyib.

Aktyorun bu addımı qısa zamanda sosial mediada sürətli baxış toplayıb.

Qeyd edək ki, Benedikt Kamberbetç BBC-nin “Sherlock” serialında müasir dövrün “Sherlock Holmes” obrazını canlandıraraq beynəlxalq şöhrət qazanıb. Bu rolu ilə “Emmy” mükafatına layiq görülüb.

Aktyor “Marvel” Kinostudiyasınına məxsus “Doctor Strange” filmində “Dr. Stephen Strange” obrazını canlandıraraq superqəhrəman janrında da uğur əldə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
qafqazinfo.az

1Sources