Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı araşdırmaya ABŞ-ın Gizli Xidməti də qoşulub. Hətta Kirk bu qurumun mühafizəsi altında olmasa da, agentlik FBI ilə birgə Robinsonun davranışlarını və onlayn aktivliyini öyrənir. Məqsəd - onun narazılıqlarının necə formalaşdığını, hədəfləri necə seçdiyini və bu davranışların hazırkı və ya keçmiş dövlət rəsmiləri üçün risk yarada bilib-bilmədiyini müəyyənləşdirməkdir.
Bloomberg-in məlumatına görə, 11 illik Steam hesabında Robinson əsasən "Donald Tramp" adı ilə tanınıb. O, "Helldivers 2" oyununda 399 saat keçirib və ümumilikdə hesabında təxminən 5000 saat oyun vaxtı qeydə alınıb. Şübhəlinin hesabındakı bəzi şərhlər media sorğularından dərhal sonra silinib.
Mütəxəssislər qeyd edirlər ki, Robinsonun oyunlara marağını şişirtmək olmaz. Psixoloq Reyçel Kovert bildirib ki, zorakı videooyunlarla real zorakılıq arasında əlaqəni sübut edən heç bir dəlil yoxdur və diqqəti bu amilə yönəltmək zorakılığın real səbəblərindən - əvvəlki zorakılıq təcrübəsi, silaha çıxış imkanı və ya sosial mühitdə cinayətkarlıqdan - yayındırır.
ABÅž Konqresinin NÉ™zarÉ™t KomitÉ™sinin sÉ™dri Ceyms Komer hadisÉ™dÉ™n sonra Steam-in sahibi Valve ÅŸirkÉ™tinin prezidenti Qeyb Nyueli dinlÉ™mÉ™lÉ™rÉ™ çağırıb. Qeyd edÉ™k ki, Anti-Diffamasiya Liqasının mÉ™lumatına görÉ™, platformada son illÉ™r 1,83 milyon ekstremist vÉ™ nifrÉ™t dolu kontent nümunÉ™si aÅŸkarlanıb.Â