Amerikalı jurnalist Taker Karlson ABŞ-da respublikaçı fəal Çarli Kirkin qətlə yetirilməsi ilə bağlı şok iddialar səsləndirib.
Publika.az yerli mediaya istinadla xəbər verir ki, Karlsonun sözlərinə görə, Kirk ona dəfələrlə şəxsi söhbətlərində İsrailin baş naziri Benyamin Netanyahunu bəyənmədiyini, onu dağıdıcı bir fiqur kimi gördüyünü deyib.
Qeyd edib ki, Kirk İsrailə rəğbət bəsləsə də, Qəzzada İsrail ordusu tərəfindən öldürülən uşaqlardan dəhşətə gəldiyini və Netanyahunun ABŞ-ın “damarlarını qurutduğuna” inandığını deyib.
Karlson əlavə edib ki, Kirk ölümündən bir neçə gün əvvəl yayımlanan verilişdə fahişəlik şəbəkəsi idarə etdiyinə görə həbs olunan Cefri Epşteynin çox güman ki, “Mossad” agenti olduğunu, ABŞ-dakı güclü fiqurlara qarşı şantaj materialları topladığını da iddia edib.
“AF Post” xəbər portalı isə yazıb ki, Netanyahu Kirkin rəhbərlik etdiyi “Turning Point USA” təşkilatına İsrailyönlü mövqeyini gücləndirməsi üçün 150 milyon dollar təklif edib, lakin Kirk bundan imtina edib.