EN

Körfəz ərəb dövlətləri ballistik raketlərə qarşı xəbərdarlıq sistemi qurur

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qahirə, 19 sentyabr, AZƏRTAC

Körfəz ərəb dövlətlərinin “Birgə Müdafiə Şurası” dünən Dohada keçirilən iclasında “Birgə Körfəz İşçi Qrupu”nun ballistik raketlərə qarşı erkən xəbərdarlıq sistemi üzrə fəaliyyətlərinin sürətləndirilməsi, vahid hərbi komandanlıq vasitəsilə kəşfiyyat məlumatlarının mübadiləsinin artırılması, hava məkanındakı vəziyyətin ümumi mənzərəsinin şuraya üzv dövlətlərin bütün əməliyyat mərkəzlərinə ötürülməsi, vahid hərbi komandanlıq ilə “Əməliyyatlar və Təlim Komitəsi” arasında koordinasiyada ortaq müdafiə planlarının yenilənməsi barədə qərar qəbul edib.

AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, qərarda, həmçinin qarşıdakı üç ay ərzində hava əməliyyatları və hava hücumundan müdafiə əməliyyat mərkəzləri arasında birgə təlimlərin keçirilməsi, daha sonra isə ortaq hava təliminin keçirilməsi nəzərdə tutulur.

İsrailin Qətərə raket zərbələrindən sonra baştutan bu görüşdə Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim əl-Budayvi vurğulayıb ki, rəhbərlik etdiyi təşkilatda “Körfəz təhlükəsizliyi bölünməz bütövdür” prinsipi əsasdır. Bu baxımdan, Qətərin təhlükəsizliyi ortaq Körfəz təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
azertag.az

1Sources