EN

ABŞ Polşaya silah satışını təsdiqləyib

ABŞ Dövlət Departamentinin Polşaya 780 milyon dollar dəyərində Javelin raketlərinin satışını təsdiq etdiyi bildirilir.

Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi Konqresə ABŞ administrasiyasının Polşaya yeni silah satışını təsdiqlədiyi barədə məlumat verib.

Açıqlamada qeyd olunub ki, Dövlət Departamenti Polşaya 2506 Javelin raketi və 253 buraxılış qurğusunun ümumi dəyəri 780 milyon dollar olan satışını təsdiqləyib. Satış Polşanın müdafiəsini gücləndirəcək.

Chosen
33
kommersant.az

1Sources