Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 3 ölkəyə (Əfqanıstan, Gürcüstan və Türkiyə) dəyəri 3,532 milyon ABŞ dolları olan 5,407 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin ixrac edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.
Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dolları dəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində 1,093 min ton, Türkiyəyə isə 1,097 milyon ABŞ dolları dəyərində 2,016 min ton “AI-92″ markalı benzin ixrac edilib.
2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-92” markalı benzin satdığı ölkələr:
Ölkələr
Miqdar (ton)
Məbləğ (min ABŞ dolları)
Əfqanıstan
2297,68
1631,35
Gürcüstan
1093,57
803,77
Türkiyə
2016,56
1096,88
Qeyd edək ki, eyni zamanda bu ilin yanvar-iyul yalarında Azərbaycana 3 ölkədən dəyəri 64,4 milyon ABŞ dolları olan 83 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal edilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 39,3 min ton və ya 1,9 dəfə, dəyər baxımından isə 28,5 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-92” markalı benzin aldığı ölkələr:
Ölkələr
Miqdar (ton)
Məbləğ (min ABŞ dolları)
Belarus
14496,86
12610,53
Rusiya
64834,47
48806,75
Rumıniya
3670,04
2978,6
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.