AZ

Əfqanıstan Azərbaycandan "AI-92" markalı benzin tədarükünə başlayıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 3 ölkəyə(Əfqanıstan, Gürcüstan və Türkiyə) dəyəri 3,532 milyon ABŞ dollarıolan 5,407 min ton mühərrik benzinləri, tərkibində qurğuşununmiqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə(Aİ-92) benzin ixrac edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycandan xariciölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.

Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dollarıdəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində1,093 min ton, Türkiyəyə isə 1,097 milyon ABŞ dolları dəyərində2,016 min ton “AI-92" markalı benzin ixrac edilib.

2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-92” markalı benzinsatdığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Əfqanıstan

2297,68

1631,35

Gürcüstan

1093,57

803,77

Türkiyə

2016,56

1096,88

Qeyd edək ki, eyni zamanda bu ilin yanvar-iyul yalarındaAzərbaycana 3 ölkədən dəyəri 64,4 milyon ABŞ dolları olan 83 minton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzinidxal edilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədəhəcm ifadəsində 39,3 min ton və ya 1,9 dəfə, dəyər baxımından isə28,5 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.

2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-92” markalı benzinaldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

14496,86

12610,53

Rusiya

64834,47

48806,75

Rumıniya

3670,04

2978,6

Seçilən
7
3
az.trend.az

4Mənbələr