EN

Tramp İngiltərənin Fələstini tanıması ilə razılaşmır

Tramp

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya hökumətinin Fələstin dövlətçiliyini tanımaq qərarı ilə razılaşmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, İngiltərənin baş naziri Keir Starmerlə ölkəsinin Çekersdəki iqamətgahında keçirdiyi birgə mətbuat konfransında bildirib.

Tramp qeyd edib ki, radikal Fələstinin Həmas təşkilatı bir neçə ildir ki, Qəzza zolağında saxlanılan girovlardan canlı qalxan kimi istifadə edir. "Ona görə də mən bu məsələdə Baş nazir Starmerlə razılaşmıram. Əslində, bu, bizim bir neçə fikir ayrılığımızdan biridir", - o deyib.

Məryəm Quliyeva

Chosen
22
11
xalqcebhesi.az

10Sources