AZ

Britaniya bu addıma hazırlaşır - Tramp Londonda etiraz etdi

Fələstinin HƏMAS təşkilatı bir neçə ildir ki, Qəzza zolağında saxlanılan girovlardan canlı qalxan kimi istifadə edir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Britaniyanın Baş naziri Keyr Starmerlə birgə mətbuat konfransında deyib.

“Ona görə də mən bu məsələdə (Fələstin dövlətini rəsmən tanımaq – red.) baş nazirlə razı deyiləm. Əslində, bu, aramızda olan bir neçə fikir ayrılıqlarından biridir", - o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Britaniyanın “Tayms” qəzeti Böyük Britaniyanın bu həftə sonu Fələstini rəsmən tanıyacağını yazıb. Qəzetin iddiasına görə, Starmer Trampın Böyük Britaniyaya səfərini pozmamaq üçün elanı bu həftənin sonuna qədər təxirə salıb.

Seçilən
12
1
axar.az

10Mənbələr