EN

Azərbaycan paracüdoçuları Avropa çempionatında çıxış edəcəklər

Azərbaycan paracüdoçuları sentyabrın 19-dan 21-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatında çıxış edəcəklər.

90deqiqe.Az-ın məlumatına görə, yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq) və İlham Zəkiyev (J1, +95 kq) qalib olmağa çalışacaq.

Qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kq) ilə Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaq.

İdmançıları yarışa baş məşqçi İbrahim İbrahimov və Ramin İbrahimov çıxaracaqlar.

Chosen
11
2
90deqiqe.az

3Sources