EN

Dünya Bankı bu ölkəyə pensiya yaşını – 70 yaşa qaldırmağı tövsiyə edib

Dünya Bankı Mərakeşdə əhalinin qocalmasının pensiya fondları və dövlət maliyyəsi üçün real təhlükə yaradacağını əsas gətirərək, bu ölkəyə pensiya yaşını 70-ə qaldırmağı tövsiyə edib.

FED.az biznes və maliyyə xəbərləri portalı “Akhbaronainternet qəzetinə istinadla xəbər verir ki, Dünya Bankının hesabatında qeyd olunduğuna görə, yaşlı insanlar arasında demoqrafik yük əmsalı 2020-ci ildə 11 faizdən 2050-cı ilə qədər 26 faizdən çox artacaq və bu, təcili islahatlar - xüsusən də pensiya yaşının artırılması və yaşlı insanların daha uzun müddət işləməyə təşviq edilməsi həyata keçirilmədiyi təqdirdə boğucu sosial və iqtisadi böhranlara səbəb ola bilər.

Bununla belə, bu tövsiyə Mərakeşdə qətiyyətlə rədd edilib, burada işçilər və həmkarlar ittifaqı üzvləri bunu zəhmətkeşlərin əmək hüquqlarına birbaşa qəsd hesab ediblər.

Eyni hesabata görə, mərakeşlilər 55 yaşından başlayaraq ürək xəstəliyi və diabet kimi xroniki xəstəliklərdən əziyyət çəkirlər ki, buna görə də daimi məşğulluq sağlamlıqlarını və həyatlarını təhlükəyə atan ciddi bir sınağa çevrilir.

Dünya Bankı öz addımını iqtisadi zərurətlə əsaslandırsa da, tənqidçilər bu məsələdə “sosial nailiyyətlərin məhv edilməsivə sosial sabitliyə təhlükə görürlər (Azərtac).

Chosen
14
3
fed.az

4Sources