EN

Yüksək Liqa: “Neftçi” və “Şuşa” qələbə ilə başladılar

Bu gün keçirilmiş oyunlarla futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, ilk turun bütün oyunları eyni günə təsadüf edib.

Turun ilk oyununda son çempion “Araz-Naxçıvan”la gümüş medalçı “Baku Fire” qarşılaşıblar. Dörd qolun qeydə alındığı mərkəzi oyunda qalib müəyyənləşməyib.

Turun ikinci oyununda iddialı “Neftçi” debütant “Lənkəran”ı sınağa çəkib. Fasiləyə qədər 4 cavabsız top vuran “Neftçi” ikinci hissədə üstünlüyünü artırıb və darmadağına imza atlb.

Günün son matçında heyətini təcrübəli futzalçılarla gücləndirmiş “Şuşa” yaş limiti ilə əlaqədar yenilənmiş U-19-la üz-üzə gəlib. 12 qolluq oyun milli komandanın məğlubiyyəti ilə yekunlaşıb.

Yüksək Liqa
1-ci tur
18 sentyabr

“Baku Fire” – “Araz-Naxçıvan” 2:2
Qollar: Kənan Manafov, 16:33. Fərid Abbasov, 27:22 – Luicci Lonqo, 19:50. Filipinyo, 37:48.
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

“Neftçi” İK – “Lənkəran” 13:1
Qollar: Lukas Dias Ramos, 0:13; 21:14. Yaqo Henrike, 3:47; 15:11. Əjdər Əjdərov, 18:15. Allef Mayolli, 20:54; 29:51; 35:10. Hadi Ahmadi, 25:28; 25:53. Mehdi Ahanqari, 26:40. Emil Həsənzadə, 33:44. Bəyoğlan Vəlizadə, 36:49-pen – Orxan Qədirov, 27:55.
Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

U-19 – “Şuşa” 4:8
Qollar: Oqtay Mahmudzadə, 4:43. Pünhan Qasımzadə, 5:28. Fərid Kərimli, 24:56. İsmayıl Əhmədov, 31:35 – Namiq Məmmədkərimov, 1:45; 11:41. Vladislav Vorobyev, 8:58. Rüstəm Bağırov, 22:04; 31:14; 33:27; 36:56. Adil İsmayılov, 37:33.
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Mahir Məmmədov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:00.

error: Məzmun qorunur!
Chosen
68
32
arena.az

10Sources