EN

Bakıda xanım alimin yaşı doqquz il kiçildildi

Səhvən şəxsiyyət vəsiqəsində doqquz yaş böyük göstərilən elmlər doktorunun yaşı kiçildilib.

News24.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, elmlər doktoru olan Tovuz Bəxtiyar qızı Eminlinin şəxsiyyət vəsiqəsində doğum tarixi səhvən 1976-ci il əvəzinə, 1967-ci il kimi göstərilib.


2003-cü ildə pedaqoji elmlər namizədi elmi dərəcəsi, 2017-ci ildə isə pedaqogika üzrə elmlər doktoru dərəcəsi almış Tovuz Eminli buna görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olub. Onun sözlərinə görə, məktəbə getməsi, ali məktəbə qəbul olunması və digər sənədlərlə sübut olunur ki, doğum tarixi səhvən 1967-ci il kimi göstərilib.


Beləliklə yaşı səhvən doqquz il böyük göstərilib ki, bu da gündəlik həyatında, iş fəaliyyətində müəyyən çətinliklər və anlaşılmazlıqlar yaradır. Üstəlik bir neçə il əvvəl xanım alimin Göygöl rayonundakı evindən oğurluq edən şəxslər pul, zinət əşyaları və həmin əşyaların saxlandığı yerdə olan doğum şəhadətnaməsini və bir çox sənədlərini də aparıblar. Tovuz Eminli 3 saylı Bakı "ASAN xidmət" Mərkəzinə müraciət etsə də, məsələ öz həllini tapmadığından Nərimanov Rayon Məhkəməsində iddia qaldırmalı olub.


Hakim Nərgiz Tağıyevanın sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, yeni doğum haqqında şəhadətnamədə Tovuz Bəxtiyar qızı Eminlinin yaşı 1976-ci il kimi göstərilsin.


Chosen
50
14
news24.az

10Sources