EN

Yuxusunda xəzinə görən qadın oğlu ilə tunel qazdı — ŞOK NƏTİCƏ

Samsunda bir qadın yuxusunda gördüyü xəzinəni tapmaq üçün oğlu ilə beş mərtəbəli yaşayış binasının altından 12 metr dərinlikdə tunel qazıb.

Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, polis ana və oğlunu qazıntı zamanı qaçaqmalçılıq materialları daşıyarkən cinayət başında yaxalayıb.

Hadisə Samsunun İlkadım rayonunda baş verib. Məlumata görə, Samsun İl Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və İlkadım Rayon Polis Şöbəsinin əməkdaşları birgə binada qeyri-adi qazıntı işlərini müəyyən ediblər.

Qazılmış qruntu çıxarmaq üçün peşəkar elektrik sistemi quraşdırıblar. Tunel beşmərtəbəli yaşayış binası qədər dərin olub.

Polis qazıntıdan çıxan torpağın kisələrə yığıldığını və diqqəti cəlb etməmək üçün evin bağçasına toplandığını aşkar edib. Üst-üstə yığılan çuvallar qazıntının nə qədər geniş olduğunu ortaya qoyub.

Ana və oğul barəsində “Mədəni və Təbii İrsin Mühafizəsi haqqında” Qanunun tələblərini pozduqları üçün məhkəmə işi başlanıb.

Dəniz Pənahova

Chosen
37
tribunainfo.az

1Sources