EN

İnformatika kimyanın yerini tutur: I qrupda maraq dəyişdi

"Son illərdə I qrupda kimya və informatika fənlərinin, III qrupda isə tarix və coğrafiya fənlərinin seçilməsi ilə bağlı maraq bir qədər azalıb".

Bu sözləri AzEdu.az-a açıqlamasında elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib.

Ekspertin sözlərinə görə, I qrupda əvvəl kimya fənninə daha çox maraq göstərilirdisə, indi daha çox informatika seçilir:

168121

"Çünki şagirdlərin ikinci seçim imkanı olduğu üçün kimyaya əvvəlki qədər diqqət yetirilmir. Bu səbəbdən də, ümumi baxanda kimya fənni üzrə nəticələr zəifləyib. III qrupda da coğrafiya və tarix fənləri arasında seçim imkanı olduğuna görə bu fənlərə maraq azalıb.

Xüsusilə qeyd etmək istəyirəm ki, əvvəlki illərdə şagirdlərə həm kimya, həm informatikanı seçmək imkanı verilirdi. Amma bu ildən etibarən yalnız bir fənni seçmək mümkündür. Bu da kimyadan imtina hallarını artırıb və nəticələrin zəifləməsinə səbəb olub. Doğrudur, bu yalnız bir ilin nəticəsidir və tələsik ümumi qənaət çıxarmaq düzgün olmaz. Ancaq bu tendensiya növbəti illərdə də davam edərsə, əsas səbəb məhz fənlərin seçim mexanizmi olacaq.

Çünki abituriyentlər seçim edərkən bir fənni üstün tuturlar, digəri isə kənarda qalır və nəticə olaraq həmin fəndə göstəricilər zəif olur. Nəticələrə əsasən qeyd edə bilərəm ki, çıxarılan suallar son illərdə əvvəlki illərə nisbətən daha anlaşılan və aydın şəkildə tərtib olunur. Düşünürəm ki, sualların çətinliyi bu nəticələrin əsas səbəbi deyil", - deyə S. Abdullayev fikrini tamamlayıb.

Chosen
14
azedu.az

1Sources