EN

İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA

Son günlərdə bəzi ölkələr İranla bağlı xəbərdarlıq edirlər.

Daha dəqiq desək, öz vətəndaşlarını İrana getməməyə çağırırlar. Son olaraq Almaniyadan belə bir addım gördük. Hətta Almaniya öz vətəndaşlarına adıçəkilən ölkəni tərk etməyə səsləyib.

Ekspertlər hesab edirlər ki, ABŞ və İsrail tərəfindən yaxın perspektivə İrana qarşı yeni əməliyyat başlaya bilər. Bu səbəbdən belə çağırışlar edilir.

Bəs bu ehtimallar nə dərəcədə doğrudur? İran yenidən hədəf alınacaq?

Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ilin sonunda İsrailin İrana zərbə endirməsi gözlənilir:

“Yaxın zamanlarda İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edəcək. Bu səfər çərçivəsində İranla bağlı məsələlərin də müzakirə edilməsi gözlənilir. Hesab edirəm ki, qış mövsümündə İsrail və İran arasında yenidən qarşıdurma yaşana bilər. Çünki rəsmi Tehran nüvə proqramı məsələsində geri addım atmır. 

İranın nüvə proqramı istiqamətində atdığı addımlara ABŞ İsrailin vasitəsilə cavab verəcəyini proqnozlaşdırıram. Konkret olaraq bu ilin sonuna doğru İsrail İrana zərbələr endirə bilər”.

Ekspertin sözlərinə görə, məhz ABŞ-nin yenidən birbaşa İrana zərbə endirmək ehtimalları o qədər də inandırıcı deyil:

“Vaşinqton bunu məhz İsrailin əli ilə edəcək. Sadəcə İran İsrailə qarşı hansısa addım atacağı təqdirdə, birbaşa müdaxilə variantının gündəmə gəlməsi mümkündür. Buna baxmayaraq, İsrailin zərbələrinin kifayət edəcəyini düşünürəm”. 

Chosen
12
cebheinfo.az

1Sources