Sea Breeze

İsrail mərkəzli “Kanal 13” televiziyası yayımladığı materialda qeyd edib ki, davam edən müharibə ölkə üçün getdikcə daha ağır bədəl tələb edir. Kanalın məlumatına görə, İsrail beynəlxalq arenada təcrid vəziyyətinə düşmək üzrədir və hazırda yanında yalnız ABŞ Prezidenti Tramp və onun administrasiyası dayanır.

Redaksiya xəbər verir ki, “Kanal 13” Avropa İttifaqının da mövqeyinə diqqət çəkib. Bildirilib ki, İttifaq indiyədək İsrailə təxminən 70 milyard avro həcmində sərmayə yatırıb, lakin yaxın zamanda bu dəstəyin də itiriləcəyi ehtimal olunur. Bu halda ölkənin beynəlxalq aləmdə daha da təcrid olunacağı vurğulanıb.

Kanalın şərhində əlavə edilib ki, İsrailin hazırkı siyasəti nəticəsində diplomatik əlaqələrin zəifləməsi qaçılmazdır və bu proses dövlətin həm iqtisadi, həm də siyasi mövqeyinə ciddi zərbə vura bilər.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX