EN

Rusiyadan qaz idxalına QADAĞA - Bu ölkədə

Ajans.az xəbər verir ki,bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Qərar sentyabrın 18-də keçirilən hökumət iclasında təsdiqlənib. Qadağa 2025-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Müvafiq təklifi Nazirlər Kabinetinə təqdim edən Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, hazırkı qanunvericiliyə əsasən, Rusiyadan qaz yalnız “paylayıcı şəbəkədə istifadə edilməməsi şərti ilə” alınmasına icazə verilirdi. Yeni qərarla bu imkan da aradan qalxacaq. “Biz bu addımı Rusiya və onun hərbi təcavüzünü dəstəkləyən Belarusun enerji resurslarından asılılığımızı tamamilə aradan qaldırmaq üçün atırıq,” – deyə Tsahkna vurğulayıb. Nazir əlavə edib ki, qadağa Belarusa da şamil ediləcək, çünki Minsk “Rusiya ilə eyni mövqedən çıxış edir”. Estoniya Rusiyadan qaz alışını məhdudlaşdırmaq qərarını ilk dəfə 2022-ci ildə vermiş, bu məhdudiyyətlər 2023-cü il yanvarın 1-dən etibarən qüvvəyə minmişdi. Lakin LNG idxalı ilə bağlı müəyyən istisnalar qalmaqda idi. Yeni qərarla bu istisnalar da ləğv edilir. Qeyd edək ki, Estoniya hökuməti enerji sahəsində müstəqilliyini artırmaq və siyasi risklərdən yayınmaq məqsədilə Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasına uyğun addımlar atır.

 

Chosen
55
1
Ajans.az

2Sources