EN

Bundan sonrakı ömür nə bir qadına, nə bir inanca... Əlibala Əhmədovun şeirləri

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kulis.az Əlibala Əhmədovun şeirlərini təqdim edir. İnternet

Dəniz kənarında mavi kristallar -dünyanın uzaq bir küncündəkofesini içibsabahkı ağır işinə hazırlaşarkənheç gözəl olmayan bir qadın düzəltmişdibu şəklibəlkə dəqonşuluğundayaşıl qarğıdalı yarpaqlarıyağışda islanırdıvə dirsəyində qarışqa tapıb gülmüşdü həmin gecə....(2024)

Saatsaz

Günəşli, sapsarı bir gündəbənövşəyi köynəkli, nəvəsi ilə yaşıd qızınsaatını düzəldərkənqoca usta bir anlıq məmnun oldu həyatından. Sevindi ötməsinəqorxu və arzuların... Masasındakı fincandanburnuna çay qoxusu gələrkənölümü düşündü.Ölümü düşünəndən sonra təmir daha zövqlü oldu. Yuxudan ayılan kimialtında yatdığıağacdanbir alma qoparırdısanki...

(2025)

Qərar

Qırılıb, bir vaxtlar köhnə eyvandanbaxarkənayın üzünü örtən armud ağacı... Bundan sonrakı ömür nə bir qadına, nə bir inanca...Bundan sonrakı ömür yalnızca keçmişə....

(2023)

Günah

Yoxdurqurtuluş daha... Bədənini tanıya bilməmək, ruhunu bulamağa, Şeytanı tanıya bilməmək Allahsızlığa,şəhvəti tanımamaq, sevgisiz yaşama apardı səni.Qurtuluş yoxdur. Bir yuxu - Bir tabloda fırçadan qalmış boyalar - qarışıqdırlar, uyğunsuzdurlar,qusurlar, boğulurlar, bir - birlərinin qoxusundanməhv olub əriyirlər, uyuşurlar... Günahlar diz yarası təkquruyub qopmur... O vaxt kiçik olandaayağın altındaəzilən göyəminqabığını əlinə yapışdırarkən,axşamçağıqaranlıq kollaryaxındakı təpənisirli diyar tək göstərərkənbilməzdin bu günlər gələr. Yaşaya bilməmək günahınatay tapılmadığınıanlamazdın...Çağırır səniiri pivə şüşələriaxşam düşməmişiş bitməmişbeyninə qan kimi sızanda dünyatükənəndə gücün qorxulardan - bataqlıqdakı heyvanıngözlərində döyünən yorğun ürəkkimigedəcəksənaxşam quyruğundan tutarkənbarmağını dişləyən cırcırama olacaq dünya(bir neçə şüşə sonra) xəyalındaağac altından yığdığın, havayasəpdiyin heyva yarpaqlarıbir qadının saçlarında çələngə çevriləcək...

Rauf Ranın sevdiyi şeir

Xırda yağış altındasürətlə addımlayarkəngözlərin islaq küçələrdə - önünə baxmırsanbaxışların aşağıdaruhun taxtaya sancılmış bütöv birbıçaq kimiindi nə qadın var,nə ümid, nə şirin həyəcan...illər qatı, ağac rəngliboya tək hökmlü, səssizbəlkə dəbelə yaxşıdırdüşünürsənmənasızlığın dərisi quruyub, tökülmüş əlləriyay günü həyət ortasına atılmışiri un kisəsitəkcilvəsiz, amma həqiqidir.....

(2024)Baharın son ayındaHavada yay xatirəsi - qoxu....

Alnına hopan isti paxla buxarınısilib gülürdübir qadın,

bir uşaq soğanın bəyazlığınaaldanıb ağlayırdı...

döşəməsi narıncıköhnə koridordaun çuvalları...

Bir nazik nar yarpağıYatmış itin su qabında....

(2025)

Rauf üçün

İllər sonra bədənlərimiz, ürəyimiz biraz da köhnələndəxatırlayacağıq səniömrün əvvəlindəyığılmış qısa bir xoşbəxtliyinsəbəbi kimiamma elə ən çox buna inanmaq çətin olacaq - o əzmli, qüvvətli səsininqocalmayacağına,qocalıb əzəmətli olmayacağına biraz da....

Yaddaşlarda qalan təzəliyin üzəcək ən çox ürəyimizi - xatirəni daha da uzun, unudulmaz edənömrünün qısalığı,üzünün qara saqqalı, uca boyunvə bir işıq, dalğa tək ötüb keçməyin...

Çünki sən həm də bir hökm kimi idin, aramızda,

dostluğun sədaqətin hökmü kimi.....

Səni xatırlayacam - ağ bir göbələyinpapağınımeşə ortasında aşmış, çürümüşbir ağacın qara gövdəsinə sürtsəydim,gülümsəyərdin,gözəlliyindən danışardınsaatlarcabu əbəsliyin...

Çətindir daim belə gənc qalacağına, ötüb keçmiş olmana, uzanan bir yaddaşın ucunda

günəş qoxusunu özündəsaxlamışaxşamçağıtorpağınaoxşadığınainanmaq....

Yay gecəsiovuclarıma buz kimi su alıb

ağlayacam bir günbir ulduz altında....

Ələ almağa çalışdığım, amma əlində qaldığım Hamartia... - Furqan Əliyevin şeirləri

"Snoop Dog"un kolleksiyası hərracda fantastik qiymətə satıldı

Öpüşümlə dərərəm barmaqlarını bir-bir – Emin Pirinin şeirləri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
kulis.az

1Sources