EN

Azərbaycanda bu əməliyyatlar yaribayarı artıb

2024-cü ildə Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim edilmiş xarici siyasi nüfuzlu fiziki şəxslər 15 002 mədaxil əməliyyatı aparıb.

"Report" bu barədə MMX-ya istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,5 % çoxdur.

Hesabat dövründə həmin şəxslərin apardığı nağd məxaric əməliyyatlarının sayı isə 25,5 % artaraq 80 627-yə çatıb.

Xarici siyasi nüfuzlu şəxslər və onlarla əlaqəli şəxslərə dair Xidmətə daxil olan 14 658 sayda hesabatın araşdırılması zamanı müəyyən edilib ki, 95 629 sayda mədaxil və məxaric əməliyyatları həyata keçirilib. Bu da, 2023-cü illə müqayisədə 3,3 dəfə çoxdur.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

​​​​​​"Cebheinfo.az"

Chosen
10
cebheinfo.az

1Sources