“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.
Msport.az xəbər verir ki, misirli hücumçu İngiltərə klublarında ÇL matçının ilk 6 dəqiqəsində qol vuran və qol ötürməsi edən ilk futbolçu olub.
Salah ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Atletiko”nu məğlub etdikləri (3:2) matçın 4-cü dəqiqəsində Endryu Robertsona qol ötürməsi edib, 6-cı dəqiqədə isə özü rəqib qapısına yol tapıb.