EN

Polşa və Ukrayna dron texnologiyaları sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Polşa və Ukrayna pilotsuz uçuş aparatları (PUA) texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.

APA “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Polşanın Milli Müdafiə Naziri Vladislav Kosinyak-Kamış Kiyevə səfəri zamanı məlumat verib.

Nazirin sözlərinə görə, sənəd birgə təşəbbüslərin inkişafını və döyüş meydanında Ukraynanın dronlardan istifadə təcrübəsindən yararlanmaqla hərbi kadrların hazırlanmasını nəzərdə tutacaq.

Kosinyak-Kamış vurğulayıb ki, Ukraynada əldə olunan biliklərin tətbiqi Polşa Silahlı Qüvvələrinin və NATO-nun ümumi transformasiyası üçün açar rolunu oynayır.

Qeyd edək kİ, Polşa və Ukrayna müdafiə nazirləri PUA-lar üzrə birgə əməliyyat qrupu yaradılması barədə razılığa gəliblər. Bu qrupda hər iki ölkənin Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

Chosen
34
2
apa.az

3Sources