EN

Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb

İş adamı Aleksey Zubakinin sifarişlə öldürülməsi işində təqsirləndirilən azərbaycanlı biznesmen Nəsimi Məmmədova verilmiş bəraət hökmü qüvvədə saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Prokuror apellyasiya şikayəti versə də, vilayət məhkəməsi hər iki tərəfin arqumentlərini dinlədikdən sonra Kirovski Rayon Məhkəməsinin qərarını ləğv etmək üçün heç bir əsas tapmayıb.

Bundan əvvəl də məhkəmə üç dəfə azərbaycanlı iş adamının günahsız olduğu barədə qərar çıxarıb. Amma Rusiyanın prokurorluq orqanları məhkəmə qərarları ilə razılaşmaq istəmir.

İstintaq məlumatına görə, Aleksey Zubakin 2000-ci il 21 dekabr tarixində 12 güllə yarası alaraq xəstəxanada ölüb. Qətli törədən şəxslərin kimliyi müəyyən edilə bilmədiyi üçün iş 2022-ci ilə qədər dayandırılmışdı. Müstəntiqlərin iddiasına görə, qətlin planını Dmitri Deyç hazırlayıb, dostu Mixail Klok isə qətli 22 yaşlı sürücüsü Nəsimi Məmmədova verib. Lakin Məmmədov təqsirli olduğunu qəbul etməyib və bildirib ki, həmin gün o, xəstəxanada həkim qəbulu üçün olub və qətli 2022-ci ilin martında öyrənib.

İyun ayında Yekaterinburq Kirovski Rayon Məhkəməsi andlıların bəraət hökmü əsasında Məmmədova üçüncü dəfə bəraət verib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
11
milli.az

1Sources