EN

BDYPİ yollarda sıxlığın qarşısını almaq məqsədilə xidməti nəzarəti gücləndirib  

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda və paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq, sıxlıqların qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti nəzarəti gücləndirib.

BDYPİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xüsusilə günün pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunur, hərəkət axınının tənzimlənməsi, dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını qaydalara ciddi əməl etməyə, yol polisi əməkdaşlarının tələblərinə hörmətlə yanaşmağa çağırır və xatırladır ki, bu, hər kəsin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Chosen
20
5
azerbaijan-news.az

6Sources