EN

Azərbaycanın Baş naziri Qırğızıstana işgüzar səfərə gedib

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gəlib.

Bişkek şəhərinin “Manas” Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşıladılar.

Chosen
15
10
xalqqazeti.az

10Sources