AZ

Əli Əsədov Qırğızıstana işgüzar səfərə gedib - YENİLƏNİB

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gedib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bişkek şəhərinin “Manas” Beynəlxalq Aeroportunda Əli Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edək ki, bu gün Bişkek şəhərində TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək.

Seçilən
12
12
operativmm.az

10Mənbələr