EN

Baş nazir: Qərarların icrasına nəzarət və qarşılıqlı məsləhətləşmə TDT-nin təsir gücünü artıracaq

Qərarların icrasına nəzarət və qarşılıqlı məsləhətləşmə TDT-nin təsir gücünü artıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

Əli Əsədov deyib ki, bu gün müzakirə ediləcək məsələlər həm praktik, həm də çevik yanaşma tələb edən vacib mövzulardır: “Məlumdur ki, il ərzində TDT Sammitləri həm rəsmi, həm də qeyri-rəsmi formatda keçirilir. Hər yüksək səviyyədə keçirilən görüşlər, qəbul edilən hər bir qərar təşkilatımızın möhkəmlənməsinə, təsir imkanlarının artmasına, nüfuzunun gücləndirilməsinə və institusional inkişafına xidmət edir. Bu qərarların icrasına nəzarət, monitorinq və qarşılıqlı məsləhətləşmə mexanizmləri təşkilatımızın təsir gücünü daha da artıracaq. Biz inanırıq ki, mövcud strukturların səmərəliyinin artırılması və institusional inkişafın gücləndirilməsi təşkilatımızın fəaliyyətini daha da şəffaf, çevik və nəticəyönümlü edəcək”.

Chosen
23
5
operativmm.az

4Sources