EN

Ramil Şeydayev yenidən “Qarabağ”da

“Qarabağ” bu gün növbəti transferini rəsmiləşdirib.

Gundem.az Sportinfo.az-a istinadən xəbər verir ki, “Neftçi”dən ayrılan Ramil Şeydayevin yenidən Ağdam klubuna dönüşü reallaşıb.

Millinin hücumçusu “Köhlən atlar”la 1+1 illik müqavilə imzalayıb.

Keçid bu gün açıqlanacaq.

Qeyd edək ki, 29 yaşlı forvard 2017-18 və 2021-23-cü illərdə "Qarabağ"ın şərəfini qoruyub.

Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tayland) də çıxış edib. Azərbaycan çempionu cari mövsümə 6 yeni oyunçu ilə başlayıb.

Chosen
22
14
gundem.az

10Sources