EN

“Taliban” Qərbə ayaq açır

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa ölkələri son aylarda “Taliban” nümayəndələri ilə rəsmi əlaqələri xeyli genişləndirib.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazır.

Məlumata görə, Almaniya, İsveçrə və Avstriya bu il ya Kabula nümayəndə heyəti göndərib, ya da öz ərazilərində “Taliban” təmsilçilərini qəbul edib.

Görüşlərin əsas mövzusu isə qeyri-leqal miqrantların geri qaytarılması məsələsidir.

Beynəlxalq Böhran Qrupunun Kabildəki aparıcı analitiki İbrahim Baxis bildirib ki, “Taliban” qlobal siyasi sistemə inteqrasiya olunmaqda maraqlıdır: “Bu rəsmi təmaslar kiçik qələbələrdir və hərəkatı beynəlxalq sistemin bir hissəsinə çevirir.”

Qərb hökumətləri ümid edir ki, bu dialoq vasitəsilə həm repatriasiya problemlərini həll edəcək, həm də Əfqanıstanda humanitar vəziyyətin yaxşılaşmasına töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
1
modern.az

2Sources