EN

Nərimanovda vətəndaşı hədələyərək mobil telefonunu ələ keçirən şəxs yaxalandı


Nərimanov rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək 3150 manat dəyərində olan mobil telefonunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı S.Hüseynli tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, Xəzər rayonunda isə iki nəfər polisə müraciət edərək evlərindən 3000 manat dəyərində şəxsi əşyalarının və kompüterin talanması barədə polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 V.Quliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Chosen
10
7
baki-xeber.com

9Sources