EN

Tramp III Çarlza dəyərli hədiyyə verdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya dövlət səfəri zamanı Kral III Çarlza general Duayt Eyzenhauerin qılıncının surətini hədiyyə edib.

Paralel.az xəbər verir ki, bu barədə Bukingem sarayına istinadən "Sky News" məlumat yayıb.

Bildirilir ki, hədiyyə "İkinci Dünya Müharibəsində qələbə üçün vacib olan tarixi tərəfdaşlığı" simvollaşdırır. Duayt D. Eyzenhauer 1944-1945-ci illərdə Qərb Cəbhəsində Müttəfiq Qüvvələrin Ali Baş Komandanı, o cümlədən Normandiya desantlarına rəhbərlik edib. O, 1953-1961-ci illərdə ABŞ-nin prezidenti olub.

Bundan əlavə, Donald Tramp III Çarlzın həyat yoldaşı Kraliça Kamillaya “Tiffany & Co” şirkətinin 18 karatlıq qızıldan hazırlanan vintage broşunu hədiyyə edib. 

Donald Trampa isə əvəzində Vindzor qəsrindəki Kral cildləmə emalatxanasında hazırlanmış, ABŞ-ın 1776-cı il 4 iyulda qəbul olunmuş Müstəqillik Bəyannaməsinin 250 illiyinə həsr edilən dəri üzlü əl işi kitab təqdim olunub. Bundan başqa, Trampa Böyük Britaniya bayrağı hədiyyə edilib. Həmin bayraq 20 yanvar tarixində, onun prezident vəzifəsinə andiçmə günü Bukingem sarayında ucaldılıb.

Həmidə İbrahimova

Chosen
40
3
paralel.az

4Sources