EN

Ukraynanın keçmiş deputatının qətli ilə bağlı tutulan Əmirxanyana ittiham irəli sürüldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukraynada dələduzluq ittihamı ilə axtarışda olan erməni iş adamı Arayik Əmirxanyan barəsində Ali Radanın keçmiş deputatı İlya Kivanın qətlinə köməklik etməklə bağlı ittiham irəli sürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə istintaqın gedişatı barədə məlumatı olan mənbə bildirib.
Mənbənin sözlərinə görə, Əmirxanyan Rusiya Cinayət Məcəlləsinin 105 və 222-ci (qəsdən adam öldürmə və qanunsuz silah alveri) maddələri ilə ittiham olunur. Müstəntiqlər hesab edirlər ki, o, Kiva haqqında Ukrayna Təhlükəsizlik Xidmətinə məlumat verib.
Daha əvvəl bildirilmişdi ki, Moskva Vilayət Məhkəməsi qətllə bağlı Əmirxanyanı həbs edib. Üstəlik, bu yayın əvvəlində o, məhkəmə icraçısına rüşvət verdiyinə görə altı il müddətinə azadlıqdan məhrum edilib və cərimələnib.
Xatırladaq ki, İlya Kiva 2023-cü il dekabrın 6-da Moskva vilayətinin Suponevo kəndində öldürülüb. Müstəntiqlərin fikrincə, naməlum cinayətkar onu kottec qəsəbəsinin parkında güllələyib, keçmiş deputat hadisə yerində ölüb. Daha sonra Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Yusov bəyan edib ki, Kiva Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı nəticəsində öldürülüb.
Arayik Əmirxanyan ukraynalı və erməni sahibkar kimi tanınır. Onun şirkətləri dövlət vəsaiti hesabına Ukraynada yol tikintisi müqavilələri həyata keçirib. 2020-ci ildə Ukrayna Daxili İşlər Nazirliyi onu külli miqdarda dələduzluğa görə axtarışa verib. 2021-ci ildə KİV xəbər verib ki, Prezident Volodimir Zelenski Ermənistan vətəndaşlığına görə Əmirxanyanı Ukrayna vətəndaşlığından məhrum edib.
Chosen
38
2
oxu.az

3Sources