EN

ChatGPT üçün yeni dövr: şəxsiyyət vəsiqəsi və yaş yoxlanışı gəlir

OpenAI CEO-su Sam Altman, yetkin istifadəçilərin də platformanın təhlükəsizliyi üçün şəxsiyyət vəsiqəsi və yaş yoxlamasına məruz qalacağını açıqladı.

OpenAI süni intellekt şirkətinin baş direktoru Sam Altman istifadəçilərin təhlükəsizliyini yaxşılaşdırmaq üçün yeni qaydaları açıqlayıb.

Altman, yetkinlik yaşına çatmayanları qorumaq üçün xüsusi olaraq bir sıra tədbirlər həyata keçirəcəklərini və bəzi ölkələrdə yetkin istifadəçilər üçün şəxsiyyət təsdiqini tələb edə biləcəyini söylədi.

Yeni siyasətə əsasən, 13-18 yaşlı istifadəçilər ChatGPT-nin məhdud versiyasına çıxış əldə edəcəklər. Bu versiyada süni intellekt naz-nezər söhbətlər etməyəcək və ya intihar və ya özünə zərər vurma kimi həssas mövzularda dialoqa girməyəcək.

Gələn ay istifadəyə verilməsi planlaşdırılan bu sistem belə bir hal aşkar edərsə ilk növbədə valideynlərə, çata bilmədikdə isə birbaşa səlahiyyətlilərə xəbər verəcək.

Chosen
27
kommersant.az

1Sources