EN

Şuşadan başlayan elm yolu - Üzeyir Hacıbəylinin təhsili

Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Tarixi şəxsiyyət, bəstəkar, publisist və pedaqoq Üzeyir bəy Hacıbəylinin anadan olduğu günlə eyni olması heç də təsadüfi deyil. Bu bayram milli musiqimizin inkişafı və təbliğində onun misilsiz xidmətlərini xatırladır.

Azərbaycan musiqisinin klassik ənənələrini Qərb musiqi mədəniyyəti ilə sintez edən Hacıbəyli təkcə bəstəkar deyil, həm də böyük maarifçi idi. Onun pedaqoji fəaliyyəti gənclərin musiqi zövqünün formalaşmasında, milli mədəniyyətimizin dünyaya tanıdılmasında mühüm rol oynayıb.

AzEdu.az olaraq Üzeyir bəyin təhsil həyatını və müəllimlik fəaliyyətini araşdırdıq.

Üzeyir Hacıbəyov ilk təhsilini Şuşada mədrəsədə almış, burada ərəb və fars dillərini öyrənmişdir. Daha sonra Qori Müəllimlər Seminariyasına daxil olan gənc Hacıbəyli musiqi ilə yanaşı, rus və Avropa ədəbiyyatı ilə də tanış olmaq imkanı qazanmışdı. Seminariyada aldığı biliklər və müəllimlərinin dəstəyi onun dünyagörüşünün genişlənməsinə, musiqiyə olan marağının dərinləşməsinə zəmin yaratmışdı.

Seminariyanı bitirdikdən sonra, 1904-cü ildə Üzeyir bəy Cəbrayıl qəzasının Hadrut kənd məktəbinə müəllim təyin olunur. O, burada şagirdlərə Rus dili, Hesab, Tarix fənlərini tədris etməklə yanaşı, musiqi və nəğməni də öyrədirdi. Təəssüf ki, bölgədə baş verən erməni–azərbaycanlı qarşıdurmaları səbəbindən onun Hadrutdakı fəaliyyəti yarımçıq qalır.

Bütün bunlara baxmayaraq, Üzeyir bəyin müəllimlik təcrübəsi və təhsil həyatı sonrakı yaradıcılığında böyük rol oynadı. O, milli musiqi ilə Qərb klassikasını birləşdirərək Azərbaycan musiqi tarixində yeni bir mərhələnin əsasını qoydu.

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin pedaqoji irsini xatırlamaq, onun gəncliyin təlim-tərbiyəsinə, musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələri dəyərləndirmək xüsusilə önəmlidir.

Chosen
6
azedu.az

1Sources