EN

Paşinyan Naxçıvana silah daşınması ehtimalına münasibət bildirdi

“Tramp marşrutu” çərçivəsində hər şey qarşılıqlı olmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də hökumətin brifinqində bildirib. 

O, "Azərbaycan Sünik vasitəsilə Naxçıvana silah və əsgər daşıyacaqmı?" sualına belə cavab verib: "Biz özümüzə sual verməliyik ki, biz öz qoşunlarımızın və silahlarımızın Naxçıvandan keçməsini istəyirik, ya yox. Biz silahların Naxçıvandan dəmir yolu ilə Meğriyə keçməsini istədiyimizə qərar verdikdə, bu məsələ ilə bağlı danışıqlara başlayacağıq. Əgər bunu istəmədiyimizə qərar versək, müvafiq formulanı rəhbər tutacağıq".

Baş nazirin sözlərinə görə, kommunikasiyaların açılması və “Tramp marşrutu” ilə bağlı istənilən məsələyə əvvəllər bəyan edilmiş beş prinsip kontekstində baxılmalıdır.

Paşinyan həmçinin qeyd edib ki, bütün razılaşmalar qarşılıqlı olacaq: "İstənilən bənd eyni dərəcədə həm Ermənistana, həm də Azərbaycana şamil olunacaq. Bundan başqa, tərəflər hələlik razılaşmaların bütün detallarını müzakirə etməyiblər. Sazişlər prinsiplərə aiddir".

Ağarza Elçinoğlu

Chosen
11
1
unikal.az

3Sources