AZ

Paşinyan Naxçıvana silah daşınması ehtimalına münasibət bildirdi

“Tramp marşrutu” çərçivəsində hər şey qarşılıqlı olmalıdır.

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə Azərbaycan Sünik vasitəsilə Naxçıvana silah və əsgər daşıyacaqmı? sualına cavab verərkən bildirib. 

Paşinyanın sözlərinə görə, bütün razılaşmalar qarşılıqlı olacaq. İstənilən bənd eyni dərəcədə həm Ermənistana, həm də Azərbaycana şamil olunacaq. Bundan başqa, tərəflər hələlik razılaşmaların bütün detallarını müzakirə etməyiblər. Sazişlər prinsiplərə aiddir. 

"Biz özümüzə sual verməliyik ki, biz öz qoşunlarımızın və silahlarımızın Naxçıvandan keçməsini istəyirik, ya yox. Biz silahların Naxçıvandan dəmir yolu ilə Meğriyə keçməsini istədiyimizə qərar verdikdə, bu məsələ ilə bağlı danışıqlara başlayacağıq. Əgər bunu istəmədiyimizə qərar versək, müvafiq formulanı rəhbər tutacağıq", - Paşinyan bildirib. 

Baş nazirin sözlərinə görə, kommunikasiyaların açılması və “Tramp marşrutu” ilə bağlı istənilən məsələyə əvvəllər bəyan edilmiş beş prinsip kontekstində baxılmalıdır. 

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
3
1
missiya.az

3Mənbələr