EN

“Neftçi” ilə danışıqları bərpa etdi, 3 günlük möhlət istədi - SON DƏQİQƏ

İdrissa Dumbiya “Neftçi”dən vaxt istəyib.

Saytımız bu barədə paytaxt klubundan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Fil Dişi Sahili millisinin yarımmüdafiəçisi 3 gün içində yekun qərarını verəcək.

Afrikalı legioner Avropa və Asiyadan bir neçə təklif aldığını, həm meneceri, həm də ailəsiylə məsləhətləşmələri davam etdirdiyini söyləyib.

Belə deyək, onun bura gəlmək ehtimalı yenidən “cücərib“.

Halbuki Dumbiya bir neçə gün əvvələ kimi başqa “hava“da idi, karyerasını Azərbaycanda davam etdirmək variantını tamamilə arxa plana atmışdı. Bu dəfə isə özü bakılı rəsmilərlə əlaqə saxlayıb, seçim üçün zaman alıb.

“Ağ-qaralar” Dumbiyaya 1+1 illik kontrakt təklif edib.

Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.

İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.

SPORTİNFO.AZ

Chosen
53
sportinfo.az

1Sources