EN

“İmişli”yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi “İmişli” ilə bağlı qərarını açıqlayıb.

Msport.az xəbər verir ki, komitə Premyer Liqanın IV turunda “Sumqayıt”la oyunda adı protokolda olmayan futbolçu oynatdığı üçün texniki məğlubiyyətlə üzləşib.

Belə ki, matçın 67-ci dəqiqəsində İbrahim Əliyev meydana daxil olmuşdu. Bu üzdən “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bölgə təmsilçisi 5000 manat cərimə də olunub.

Chosen
9
4
msport.az

6Sources