AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyuyət (0:3) verib.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Buna səbəb Misli Premyer Liqasında 4-cü turunda "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.