EN

Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çin XalqRespublikasının milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzarsəfərdədir.

Trendxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 18-də müdafiə naziri “Beynəlxalqdüzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə keçirilən12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirakedib.

Forum çərçivəsində general-polkovnik Z.Həsənov çinli həmkarıadmiral D.Jun ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyətivə inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlımaraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsiaparılıb.

Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbərşəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərinnümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi vətəhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı iləkeçirilən forum sentyabrın 19-dək davam edəcək.

Məqalədə:
Chosen
10
28
az.trend.az

10Sources