EN

Dubayda dünyanın ən hündür hotelinin açılışı yaxınlaşır - FOTOLAR

Dubay “Ciel Dubai Marina” adlı yeni hotel ilə dünyada ən hündür mehmanxana statusunu ələ keçirməyə hazırlaşır.

News365.az xəbər verir ki, “Forbes”ə istinadən binanın açılışı noyabr ayında planlaşdırılıb.

Yeni hotelin hündürlüyü 377 metr, mərtəbə sayı isə 82 olacaq. “Dubai Marina” kompleksində yerləşən bu hotel qonaqlara lüks xidmətlər təqdim edəcək. Qeyd olunur ki, bir gecə qalmaq üçün qiymətlər təxminən 280 dollardan başlayacaq.

Hazırda dünyanın ən hündür hotelinə sahib olan “Gevora” mehmanxanası Dubayda yerləşir və 356 metr hündürlüyü ilə rekord sahibidir.

“Ciel Dubai Marina”nın təqdim etdiyi möhtəşəm görüntüləri artıq ictimaiyyətə təqdim olunub.








Chosen
21
news365.az

1Sources