EN

Qanunvericilikdə litium batareyaların utilizasiya ilə bağlı heç bir müddəa yoxdur – Deputat

Bakı. Trend:

Qanunvericilikdə elektrikli avtomobillərdəki litiumbatareyalarının utilizasiyası ilə bağlı dəyişikliyə ehtiyacvar.

Trend xəbərverir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin üzvü Rövşən Muradov komitənin bugünküiclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, son dövrlərdə Azərbaycana xeyli saydaelektrikli avtomobillər gətirilir.

“Azərbaycan dövləti ekoloji nöqteyi-nəzərdən belə avtomobillərinalınmasını təşviq edir. Lakin bu istiqamətdə mühüm məsələelektrikli avtomobillərdəki litium batareyalarınınutilizasiyasıdır. Belə batareyaların istimar müddəti 5-7 ilarasındadır. Bununla bağlı suallar meydana gəlir. Lakinqanunvericilikdə bu cür batareyaların utilizasiya ilə bağlı heç birmüddəa yoxdur. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməsizəruri olardı”, - deyə R.Muradov vurğulayıb.

Chosen
40
5
az.trend.az

10Sources