Nərimanov rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək 3 min 150 manat dəyərində olan mobil telefonunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı S. Hüseynli tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xəzər rayonunda isə iki nəfər evlərindən 3 min manat dəyərində şəxsi əşyalarının və kompüterin talanması barədə polisə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 38 yaşlı V.Quliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.