EN

III MDB Oyunlarında Azərbaycanı 6 stolüstü tennisçi təmsil edəcək

Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında yarışda bacarığını göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki, idmançılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə mübarizə aparacaqlar.

Stolüstü tennis yarışları sentyabrın 26-dan 29-dək Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Chosen
16
11
bakivaxti.az

10Sources