EN

"İnter Mayami" Messi ilə bağlı qərar verdi

BAKI, 18 sentyabr. TELEQRAF

ABŞ-nin "İnter Mayami" klubu futbolçusu Lionel Messi ilə yeni uzunmüddətli müqaviləni müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər hələlik bir neçə detalı həll etməlidir. 38 yaşlı hücumçu ilə müqavilənin tezliklə imzalanacağı və daha sonra təsdiq üçün MLS-ə göndəriləcəyi gözlənilir.

Messi 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. Onun hazırkı sözləşməsi dekabrın 31-ə qədərdir.

Qeyd edək ki, Lionel Messi cari mövsüm ərzində iştirak etdiyi 29 oyunda 23 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Chosen
27
35
teleqraf.com

10Sources